Əsas Səhifə > Manşet / Cəmiyyət > "Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..."

"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..."


Bu gün, 11:46

"2025-2026-cı il ərzində SOCAR-da "qəribə" seçim prosesi aparıldı. "Təşkilatı sağlamlaşdırma". Yəni 50+ yaşlı qadınlara, 60+ yaşlı kişi işçilərə təklif olundu ki,ya özün get, ya imtahan!!!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri fikrini belə davam etdirir: "Bu halda əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar (✅özləri getdi!)
Deyirəm, bu siyasətinizdən bəlkə dəniz şəraitində çalışan neftçilərin gəmi (!!!) ilə təmin olunmasında da istifadə edəsiniz! ?Gəmidə gedənlərə yox ha, gəmilərə!☝
Tədbiq olunmayan qanunlar!
Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən işəgötürən işçi üçün sağlam iş şəraiti yaratmalı, nəqliyyatla təmin etməlidir. Əks halda halda işəgötürən ARƏM maddə 310((Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən məsuliyyət daşıyır,
15 gün dəniz şəraiində işləyib dünən növbə dəyişən işçilər yazdılar ki:
Yenə növbə dəyişərkən 8-9 saat gəmidə olduq. 40 dərəcə istidə gəmi 10-12 bloka getdi və bu halda bütün işçilər də həmin gəmidə olub.
Sual:
-İşçilər hansı günah sahibidirlər ki, 40 dərəcə istidə 10-12 blokda növbə dəyişilməsi üçün onlara yalnız bir gəmi(köhnə) ayrilir.?
-Bu halda gəmi ilə 8-9 saat yol getmiş işçiyə neçə saat yol qeyd olunacaq(ödənişli)
Qeyd:
-Bu hal başqa idarələrdə də müşahidə olunur!
-Özünüzə rəva görmədiyinizi işçiyə də qıymayın.İnsafınız olsun
Təyyarə ilə ezamiyyətə gedərkən biznes klass əvəzinə ekonomu versələr o səfərə getməyi özünüzə qıymazsınız cənab sahə üzrə məsul şəxslər..."

Geri qayıt