Əsas Səhifə > Manşet / Siyasət > ABB qəpik-qəpik QARƏT EDİR...
ABB qəpik-qəpik QARƏT EDİR...Bu gün, 09:55 |
|
"Deməli, 25 İyulda Sabunçu dəmir yolu vağzalından 28 Maya sürət qatarıyla gəldim və Azərbaycan Beynəlxalq Bankı -nın debet kartıyla ödəniş etmişdim. Adəti üzrə həmin vaxt kartımdan məbləğ silinmədi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Ertəsi gün 26 İyulda bir də gördüm kartımdan 1.20 Azn çıxıldı bu gediş üçün,halbuki gediş haqqı 0.60 Azn olur.Yazdım ABB-nin canlı çatına ki,niyə 2 qat məbləğ çıxmısız atdılar Azərbaycan Dəmir Yolları - ADY -nin üstünə ki,onlar ödəniş üçün bu məbləğ sifariş ediblər bizə bu çıxılıb,onlara yazın.Onlara da yazdım yəqin ki, bazar günü olduğu üçün cavab gəlmədi.
Nəysə üstündən bir neçə saat keçdi yenə girdim ABB-nin tətbiqinə gördüm yenə ADY gedişi üçün 0.80 Azn balansımdan çıxılıb,halbuki nəinki belə bir ödəniş üçün istifadə etməmişəm,hətta bu günə kimi mən ADY-dən 0.80 Azn dəyərində olacaq heç bir səfərdə olmamışam.ABB-nin tətbiqində problemlər bölməsinə yazdım təkrar.Heç bir cavab verilmədi.Sonda Rəsmi ABB və ADY-nin hər ikisinə şikayət məktubu ünvanladım ki,görüm bu nə oyundur açıblar mənim başıma?Biri ölkənin beynəlxalq bankı,digəri ölkənin rəsmi qurumudur.Gözləyirəm görüm nə cavab gələcək
Sonda ABB kartımı tam boşaltdım və düzgün nəticə olunmasa bir daha istifadə etməyəcəm...."
Geri qayıt |