Əsas Səhifə > Manşet / Gündəm > Ağlar günə qalan Azərbaycan səhiyyəsi...
Ağlar günə qalan Azərbaycan səhiyyəsi...Bu gün, 07:49 |
"Özüm həkim olduğum üçün dövlətin tibbi sığortasından heç vaxt nə özüm nə ailə üzvlərim üçün indiyədək istifadə etməmişdim. Amma, gün gəldi o bəla xətləlik bizim evdə də peyda oldu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Elnur Yusubov yazıb.O daha sonra fikrini belə davam etdirir: "Yenə də sığortasız ölkənin ən bahalı və ən qalmaqallı özəl xəstəxanasına müraciət etdik, o sahə üzrə ən tanınmış uzman həkimə görə! İlk əməliyyatın xərcini çəkə bildik, ikinci əməliyyat 13-15 min manat dəyərində olduğu üçün dövlət xəstəxanasına üz tutmalı olduq, 3-4 dəfə ucuz xərclə əməliyyatı həll etdik. Əlbəttə burda əlin cibində olmasa gülər üzlü personal görməzsən!
Kino burdan sonra başlayır, üz tutursan tibbi sığorta ilə müayinələrdən keçməyə!
Mərkəzi neftçilər xəstəxanasında filan müayinəyə yanvar ayına qədər növbədir, KT müayinəsi 100 manatlıq işi 18 manata görür amma müayinənin diskini vermir, deyir “arxada Kamil marketdən disk al gətir”... 1 manatlıq diskə görə 2-3 gün get-gələ düşürsən.
Nizami tibb mərkəzində “ müayinəni Almaniyadakı həkimə göndəririk, cavabı o yazır” deyəndə sevinirsən, amma cavabı götürəndə məlum olur ki, orqanların bəzisinə baxmayıb, hətta əməliyyatla çıxarılan orqanı da “görüb”, “ divarları qalınlaşmayıb “ yazıb. Soruşanda da cavab olur ki “ sistem xətasıdır” . Əlbəttə kompyuter sisteminin yox, siyasi sistemin xətasıdır!
Poliklinikada isə məlum olur ki, həkim heç bir sənədi elektron sistemdə görə bilmir, qayıdırsan başdan ayağa keçdiyin bütün müayinələrin kağızlarını toplayıb poliklinikaya daşımağa. Hətta dünən MRT-dən keçdiyin orqanın bu gün də KT dən keçməli olduğunu deyirlər!
Mən həkim olduğum üçün bu labirintlərdən, tələlərdən birtəhər keçə bilirəm. İndi həkim olmayanların zülmündən, yolaverdi və yarımçıq müalicəsindən kim yazsın?"..."
Geri qayıt |