|
"Hörmətli SOCAR prezidenti Rövşən Nəcəf cənabları, sizə müraciət edirəm. Region rəisi öz bibisioğlunu müavin təyin edə bilər? Fakt belədir və 50 minlik rayonda regional idarənin rəisi öz bibisioğlunu müavini olaraq işlədir. Olur belə?" "DİA-AZ" xəbər verir ki bunu öz etiraz dolu müraciətində SOCAR işçisi Sadiq Abdullayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bəs sizin "maraqların toqquşması" haqqında olan bəyannaməniz var idi axı... Yenə də xəbəriniz yoxdursa, məlumat üçün deyim ki, söhbət "Azəriqaz"ın Lənkəran kantorundan gedir. Hə, ola bilər tam da elə deyil, bibinəvəsi-filandı, mahiyyətcə eyni şeydi. Məşhur filmdə deyildiyi kimi, "информация к размышлению": adamı Sumqayıt RQİİ-nin Abşeron Xidmətində də 3-4 ay işlədiblər. Sumqayıtın "kətxudası" Sübhi Bayramovun "qüvvədə olan normativ hüquqi aktlarına" uyğun gəlmədi. Bu uyğunsuzluğun da təfərrüatlarını onunla birlikdə Lənkərana sürgün edilmiş Vəfadar Ağayevdən soruşun..."
Geri qayıt
|