Əsas Səhifə > Manşet / Cəmiyyət > BURA YASAMALDIR: Burda nə istəsən... OLAR!
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR!Bu gün, 15:35 |
|
"DİA-AZ" xəbər verir ki, bu səbəbdən həmin vaxt binanın sökülməsi dayandırılıb. Şikayətçi qeyd edir ki, aradan səkkiz ilə yaxın vaxt keçməsinə baxmayaraq, hazırda yenidən eyni məsələ gündəmə gətirilib. Onun iddiasına görə, beş blokdan ibarət binanın yalnız bir blokunun qəzalı olduğu əsas gətirilərək sökülməsinə cəhd edilir. Aytən Mirəliyevanın sözlərinə əsasən, hazırda həmin blokda 7 ailə yaşayır. Lakin sakinlərə nə ödəniləcək təzminatın məbləği barədə məlumat verilir, nə də onların yeni mənzillə təmin olunacağına dair hər hansı rəsmi təminat təqdim edilir. Şikayətçi hesab edir ki, beş bloklu binanın yalnız bir blokunun sökülməsi qərəzli yanaşmadır. O, aidiyyatı üzrə dövlət qurumlarına müraciət edərək məsələnin obyektiv şəkildə araşdırılmasını, sakinlərin hüquqlarının qorunmasını və yaranmış vəziyyətə aydınlıq gətirilməsini xahiş edir. Geri qayıt |