Əsas Səhifə > Manşet / Gündəm > Başçıya sığınan şirkət sakinləri incidir
Başçıya sığınan şirkət sakinləri incidirBu gün, 07:23 |
|
Azərbaycansayağı şəhərsalma mədəniyyəti - 1: Ev var, yolu yox
“Qismət-M House” şirkəti öz müştərilərinə gündə 10 dəfə “Ya Qismət” dedirir
"Azərbaycan öz aləmində dünyaya şəhərsalma mədəniyyətini təbliğ edən, əsrarəngiz nümunələr yaradan məmləkətdir. Hətta cəmi iki ay əvvəl paytaxtımızda 13-cu Ümumdünya Şəhərsalma Forumu keçirilmiş, 176 ölkədən 58 mindən çox iştirakçının qatıldığı qonaqlarımıza Azərbaycansayağı şəhərsalma mədəniyyətinin sirləri öyrədilmişdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Amma əminəm ki, ölkə rəhbərliyi təvazökarlıq edib qonaqlarımıza ən önəmli sirrimizi açıqlamağa ehtiyac görməyiblər. Deməyiblər ki, ölkəmizin inşaat şirkətləri və mühəndisləri öz müştərilərinə hər gün öz adlarını zikr etməyin yollarını öyrədirlər. Məsələn, “Qismət-M House” MMC adlı şirkət tikdiyi binanın sakinlərinə hər gün bir neçə dəfə “Ya Qismət” dedirdir. Bəs bunu necə bacarır?
Gəlin, şəhərsalma mədəniyyətimizin bu ən önəmli sirlərini “Qismət-M House”in tikdiyi binanın komendantının dilindən eşidək..."
Daha ətraflı aşağıdakı videoda:
"DİA-AZ" xatırladır ki, yerli KİV-də “Qismət-M House”in arxasında Nizami rayonu icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun dayandığı deyilir. Hər halda, bu məlumat bu vaxta qədər hansısa formada təkzib edilməyib.
Geri qayıt |