Əsas Səhifə > Manşet / Hadisə > AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI...

AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI...


Bu gün, 11:20

Beyləqan Rayonunun Əlnəzərli kənd sakini Miriş Quliyev bildirir ki, iyulun 3-ü 17 baş xırda buynuzlu mal qarası kütləvi şəkildə zəhərlənib. Vətəndaş deyir ki, örüşdən gələrkən qoyunların bir hissəsinin vəziyyəti ağır olduğu üçün onları kəsmək məcburiyyətində qalıb. Vətəndaş deyir ki hadisəylə bağlı dərhal 102 yə və Qida tərlükəsizlily Agentliyinə məlumat verib. Şikayətçi iddia edir ki, agentliyin əməkdaşları hadisə yerinə gəlib və tələf olmuş heyvanların orqanlarından laborator analiz üçün nümunələr götürüb.Vətəndaş deyir ki, agentliy işçilərinin məsləhəti ilə ətləri saxlamaq üçün həyətinə günü 70 manat ödəməklə böyük soyuducu gətirib. Quliyev deyir ki, prosesin 1-2 gün ərzində yekunlaşacağını düşünüb, lakin proses uzanıb. Onun iddiasına görə soyuducunun ağzına blom vuran agentlik əməkdaşı analizin yekun cavabı verilmədən soyuducunun ağzını açdığı təqdirdə onu 3min manat cərimə edəcəyini bildirib. Vətəndaş deyir Qida Təhlükəsizlik Nazirliyunin əməkdaşı Allahşükür adlı şəxs bilərəkdən analizin vaxtını uzadıb səbəb soruşanda isə çox kobud şəkildə cavab verib.Onun iddiasına görə nazirlik əməkdaşının mısuliyyıtsizliyinə görə ona ən az 20 min manat ziyan dəyib. Qarabağ döyüşçüsü kanalımız vasitəsi ilə adiyyatı dövlət qurumlarına müraciət edərək bu məsəlınin araşdırılmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş edir.

KANAL13

Daha ətraflı aşağıdakı videoda:


Geri qayıt