Əsas Səhifə > Manşet / Gündəm > Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər...
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər...Bu gün, 06:28 |
|
"Son vaxtlar Binəqədidə qanunsuz torpaq alqı-satqısı ilə bağlı şikayətlərin sayı sürətlə artmaqdadır. Media və sosial şəbəkələr yer alan şikayətlərin təhlili, eləcə də vətəndaş müraciətləri göstərir ki, qanunsuz torpaq alverinin arxasında iki isim – Rövşən və Yaşar adlı maklerlər dayanır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Bu şəxslərlə bağlı vətəndaşların narazılığına səbəb olan bir sıra məqamlar var ki, bunlardan biri həmin şəxslər tərəfindən vətəndaşlara verilən bəzi torpaq sənədlərinin əsassız çıxmasıdır. Məhz bu səbəbdən də vətəndaşlar hesab edir ki, Rövşən və Yaşar adlı maklerlər tərəfindən onlara verilən sənədlərin saxta çıxması heç də təsadüfi deyil və bu, bəzi qüvvələrin məqsədyönlü fəaliyyətindən xəbər verir. Bundan başqa, şikayətçilər bildirir ki, onlara satılan və sonradan saxta olduğu məlum olan sənədlər Binəqədinin sabiq bələdiyyə sədrlərinə - Elman Salmanov və Aygün xanımın dönəminə təsadüf edir. Elə buna görə də bəzi vətəndaşlar iddia edir ki, Rövşən və Yaşar adlı maklerlərin fəaliyyəti keçmiş bələdiyyə sədrləri tərfindən dəstəklənmsi ehtimalı böyükdür. Vərəndaşlar ümid edir ki, əlaqədar qurumlar Binəqədi torpaqlarını dədə malı kimi müxtəlif insanlara satan Rövşən və Yaşar adlı maklerlər, eləcə də bu şəxslərə dəstək verən, onların qanunsuz fəaliyyətini dəstəkləyən şəxslərlə bağlı lazımi ölçü götürəcək, sərt tədbirlər görəcək. Bunu da qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin də sözügedən maklerlərin əlindən zara gəldiyi, lakin onların fəaliyyətinin qarşısını ala bilmədiyini iddia olunur. Bildirilir ki, İcra Hakimiyyətinin yetkililəri dəfələrlə adıçəkilən maklerlərə xəbərdarlıq etsələr də, torpaq alverçiləri öz fəaliyyətlərini bu gün də davam etdirir, vətəndaşları aldatmaq hesabına külli miqdarda qanunsuz vəsait əldə edirlər. Kənd Binəqədinin “Gülüstan” deyilən massivində, Vulkan dağı ətrafında, Binəqədidəki neft torpaqlarında, Binəqədi-Xırdalan yolunun sağında, 4-cü mədən ərazisində, Biləcəri yolu ərazisində Rövşən və Yaşar adlı maklerlər tərəfindən qanunsuz satılan torpaqların xüsusilə çox olduğu bildirilir..." Geri qayıt |