Əsas Səhifə > Manşet / Hadisə > ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR...

ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR...


Bu gün, 09:34

"Salam Əli müəllim. Bu yazını yazmamaq üçün məni çox daşındırmaq istədilər. Bilirsiniz ki,hələ sovetlər vaxtından "başını ağrıtma, gəlib gecəynən apararlar" anlayışıı insanları beynindən silinməyib. Amma biz artıq başqa zamanda yaşayırıq və müəyyən çatışmamazlıqların olmasına baxmayaraq şəxsən əminəm ki Dövlət məmuru ilə və əsasən də ümid qapısı olan məmurla dialoq daha yaxşı tendensiyadır. Halən ki, ikimiz də tozlu,qanlı, əzablı səngərlərin insanlarıyıq..." "DİA-AZ" "TEREF"ə istinadla xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə ünvanlanmış müraciətində Qarabağ Qazisi Abuzər Əbilov qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Bu yazıda Sizn diqqətinizi son zamanlar Dövlət içində özünü dövlət sayan. insanların yaşam şəraitini ağırlaşdıran, onların Dövlətə və Konsitusiyaya inamını qırmaqda öncül olan bur quruma çəkmək istəyirəm. Bu da ƏSMN - in özü və saysız agentlikləridir. Son aylarda pensiyaçı,əlil insanların yaşam vəsaitlərini, xəstələrin dərman xərclərini ,komunal ödənişlərini düşünmədən "araşdırma aparmaq" adı altınsa sözün əsl mənasınddaa soyqırımdayıq.
Bu əsasən də Vətən savaşının birinci fazasında əlil ollmuşlar və təqaüdçülərdir. Yeni ortaya atılmış "alt sistemdə məlumat yoxdur " deyərək bir günün içində ahıl və iş qabliyyəti olmayan insanların yaşam vəsaiti saxlanılır, aylar uzunu "araşdıırma gedir" və dəfələrlə olan müraciətlərə ya cavab verilmir, ya da şabllon və heç bir problemi həll etməyən açıqlama ortaya qoyulur. Diqqətinizə çatdırım ki insanlar məhz bu problemlərdən 1000 lərlə olaraq inzibati məhkəmələrdədirlər. Bu da məhkəmə sisteminə lüzumsuz yükdür. Ortada olan məsələnin həllini bacarmayan ya bacarmaq istəməyən çoxsaylı agentlik və xidmətlər olduğu halda nədən vətəndaş məhkəməyə üz tutmalıdır. Bu faktlar ara danışıqları, şaiyələrdən götürülməyib. Şəxsən özüm artıq 7 aydır ki bu məsələlərin mərkəzindəyəm.Görün bu xidmətlər nə hala gəlib ki,, 26 il əlilliklə təqaüd alan insanın şəxsi işini "tapa bilmirlər". Lakin 2016 cı ildə mən həməm şəxsi işi xüsusi şərtlərlə təyinat xidmətinin keçmiş binasında dəfələrlə görmüşəm. İndi bu sənəd hara yoxa çıxıb ki, ƏSMN in DOST və xüsusi şərtlərlə təyinaat idarıəsində vətəndaşdan 2000 ci illlərin sənədini tələb edirlər. Sivil dövləttdə bu kimi sənədlər nazirliyin arxivində saxlanılır. Bəli bildiyimiz kimi sənədlər həmənn vaxt kağız daşıyıcılarda qovluqlarda olub. Lakin bu o demək deyil ki innoivasiyalar hərəkət etdikcə bu sənədlər "tapılmamalıdır".
Acınacaqlısı odur ki, həm elektron,həm ərizə şəklində göndərdiyimiz sorğullar elə bil quyuya düşür. Misal üçün mənin 2025 cii il ffevral ayında ərizə və elektron vasitəllərlə yazdığım ərizəyə aprel ayında DTSERA dan cavab gəlib ki "araşdırılır". Lakin Azırbaycan Respublikasının Konsitusiyasına görə.bütün texniki araşdırma və yoxlamalar,insanların həyatını ağırlaşdırmamalıdır. Yəni başqa dildə-cinayətkarın cinayəti sübut olunmayana qədər o bütün insanlar kimi suçsuz vətəndaşdır. Vətəndaşa göndərilən məktublarda daha bir absurd məqam var. Bu da "sizin işinizdə şübhəli məqam aşkar olunmuşdur" cümləsidir. Məyər həmən o "şübhəli məqam " dövlət sirridir ya insanın hansısa gizli xəyanətdə iştirakına işarətdir? Bunu açıq yazmaq olmazmı ki, ömrü boyu qüsursuz Dövlətinə xidmət edən insan özündən şübhəli qalmasın və bu ona mənəvi yük gətirməsin? Bəli hər kəsə məlumdur 90 cı illərin hökumətsiz və başıı pozuq zamanları və bu zamanlarda birsıra şərəfsiz insanların saxta sənədlərdən sui istiffadəsi. Lakin Dövlətin dayannıqlı vaxtında Güc strukturlunun Hərbi Həkim komissiyasının verdiyi şəhadətnamə,Məhkəmə tibb ekspertizasının rəyi və digər daşdan möhkəm arqumentlər nədən bu agentliklərdə iş bilməyənlərin "biz bilmirik-gedin məhkəməyə verin" arqumennti olmalıdır?Nədən insanlardan "baxın görün evdə sizdə köhnə sənədlər qalıbsa gətrin" deyə soruşulmalıdır?
Çox yazmaq olardı, lakin belə də məsələ aydındır ki, ƏSMN in strukturları bu gün ömrünü xidmətdə keçirmiş, xidmətdə xəsarət almış, döyüşlərdə yaralanmıəş insaanlara qarşı bir məcazi mənada bir səlib müharibəsinə başlamışdır. Və bunlara DUR deməyin vaxtı çatıb.
Bu tək mənim müraciətim deyil, yaza bilməyən, müraciət edə bilməyən.hətta deyərdim ki, köhnə fikirlə yazmaqdan çəkinənlərin də müraciətidir.
Bir Döyüşçü qardaşınız, bir səngər dostunuz ,,bir Vətən müharibəsi iştirakçısı kimi bu məsəllələrə diqqət ayərmanızı
XAHİŞ EDİRİK! ÜMİD SİZƏ QALDI."


Geri qayıt