Əsas Səhifə > Manşet / Sosial > Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR...
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR...Bu gün, 06:03 |
|
Binəqədi rayonu, Xutor qəsəbəsində bir müddət əvvəl dayandırıldığı bildirilən tikinti işləri yenidən bərpa olunub və hazırda demək olar ki, yekunlaşmaq üzrədir. Maraqlıdır ki, bir vaxtlar qanunsuz hesab edilərək dayandırılan tikintinin hansı əsaslarla yenidən davam etdirilməsinə icazə verildiyi hələ də açıqlanmır. Lakin təxminən üç ay sonra tikinti yenidən bərpa edilib. Hazırda obyektin tikintisi sürətlə davam etdirilir və artıq başa çatmaq üzrədir. Maraqlıdır ki, bu dəfə sakinlərin etiraz və şikayətləri də nəticəsiz qalıb. Bizimesr.com-un əldə etdiyi məlumata görə, obyekt hələ də lazımi icazə sənədləri olmadan inşa edilir və hüquqi statusunda hər hansı dəyişiklik baş verməyib. Maraqlıdır, əvvəllər qanunsuz sayılan tikinti indi hansı hüquqi əsaslarla davam etdirilir? Bu suallara kim cavab verə bilər? Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və zərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qarşısında da ciddi suallar yaranır. Bizimesr.com-un araşdırmasına görə, obyektin sahibi Elman adlı sahibkardır. Tikinti işlərini isə Rövşən adlı şəxs təşkil edir və bütün rəsmi danışıqları da məhz onun apardığı bildirilir. Geri qayıt |