Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu

Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu


Bu gün, 12:02

Masallı rayonunun Qəriblər kənd ərazisində, dövlət meşə fonduna aid olan 2 hektar ərazidə yerləşən “Nağıllar Aləmi” ailəvi istirahət mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə icarə müqaviləsinin vaxtı bitib. Tərəflər arasında yeni müqavilə bağlanılmadığına baxmayaraq, adı çəkilən istirahət mərkəzi qanunsuz fəaliyyət göstərməkdə davam edir. Bu azmış kimi, fəaliyyət sahəsini genişləndirməkdədir, həmin ərazidə mövcud otel, restoran, villalar və koteclərə əlavə olaraq metal konstruksiyalardan ibarət söhbətgahlar inşa etmişdir.
In stock ərazisində baş verən qanunsuz olaylara münasibətini soruşduq. Vəzifəli şəxs söz verdi ki, qısa zaman kəsiyində ən azından istirahət mərkəzinin əlavə köməkçi tikililəri söküləcək. Lakin Ramik Əşrəfovun vədi elə vəd olaraq qaldı və ötən (ötürülmüş) müddət ərzində sahibkar söhbətgahların tikinti işlərini başa çatdırdı.

Olsun, indi gəlin görək “Nağıl Dünyası” heç olmasa, bir vergi ödəyicisi kimi vicdanlıdırmı? Yox! Ona görə “yox” ki, obyektdə müştərilərə göstərilən xidmətin haqqını ödəmək üçün POS-terminal yoxdur. Hərçənd, nağd pulu olmayanlara “kartdan karta” köçürmə yolu ilə hesablaşmaq təklif olunur. Bu isə, obyektdə gəlirlərin vergidən yayındırılmasından şübhələnməyə əsas verir. Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yaradır. kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir. Belə hallarda istehlakçılara POS-terminal çıxarışı və nəzarət-kassa aparatı çeki təqdim edilmir ki, bu da alıcının hüquqlarını müdafiə etməsi, eləcə də xərclədiyi məbləğin bir hissəsini “cashback” şəklində geri alması imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərindən mal, iş və ya xidmət alan istehlakçılar “ƏDV geri al” mexanizmindən istifadə hüququndan da məhrum olurlar.
Qeyri-ixtiyari olaraq, belə qənaət formalaşır ki, “Nağıl Dünyası” və başqa analoji rentabelli obyektlər Ramik Əşrəfov kimi məmurların himayəsi və (və ya) bilərəkdən neqativ hallara göz yumması sayəsində varlığını sürdürür. Gəlin razılaşaq ki, onların qazandığı pulları görməmək mümkün deyildir. Yəqin elə ona görədir ki, ETSN (oxu: Meşələrin İnkişafı Xidməti) bu qəbildən olan başqa rentabelsiz obyektləri məəsas söz sahibi Məhkəməyə verdiyi halda, nədənsə “Nağıl Dünyası” bu siyahıdan kənarda qalmışdır.
Hərçənd, Masallı Rayon İcra Hakimiyyətinin də bu məsələyə laqeydliyini nəzərdən qaçırmaq olmaz. Rayon dolaşır. Bununla belə məsələdə əsas söz sahibiu əlbəttə ki, Ramik əşrəfovdur. O isə susur.
Read more POS-terminal birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Nyus.Az



Geri qayıt