Əsas Səhifə > Manşet / Hadisə > Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR?

Nəcəflinin kadrları NİYƏ İSTEFA VERİR?


Dünən, 08:16

"Naxçıvanda Nələr Baş Verir? ​Naxçıvanda nə baş verir? Dövlət ərkanına, onun ciddiyyətinə belə hərəkətlər yaraşırmı?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Naxçıvandan olan təhsil nümayəndəsi Tusi Həsənli qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Məmurundan idarəçisinə, jurnalistindən bloqqerinə qədər hamı bir-birinə dəyib, hər kəs özünə bir günahkar axtarır. Biz görmüşük ki, dövlət daxilində nə qədər anlaşılmazlıq, "dava-dalaş" olsa da, bu, hər zaman ictimaiyyətdən gizli saxlanılar. Dövlətçilik ənənəsi də elə bunu tələb edir.
​Amma indi Naxçıvanda elə bir dözülməz vəziyyət yaranıb ki, rəsmi dövlət nümayəndələri, jurnalistlər sosial şəbəkələrdə uşaq kimi bir-birinə atmaca atır, status yarışıma çıxırlar. Bu nə rəzalətdir, bu nə idarəçilik formatıdır?
​Hələ o bir qrup özünü "ağıllı" zənn edən, əslində isə iki eşşəyin arpasını bölə bilməyən, özünü "xalqın nəzarətçisi" elan edənlərə, bloqqerlərə nə deyəsən? Saatbaşı video çəkib, dövlətin adından danışaraq onu-bunu ittiham edirlər. Bəsdirin, yığın bu şounu, dövlət sizin əlinizdə oyuncaq deyil!
​İndi baş qaldıran o dırnaqarası "qəhrəmanlar", o "şir-pələnglər" – madam bu qədər cəsarətli idiniz, bu qədər haqq-ədalət tələb edən idiniz, niyə bircəniz də olsun Vasif Talıbovun vaxtında bir saniyəlik video çəkib, bircə cümlə status yaza bilmirdiniz? İndi meydanı boş görüb hamınız "haqq aşiqi" olmusunuz? Dövlətin ciddiyyətini və nüfuzunu şəxsi intriqalarınıza alət etməyi dayandırın! Naxçıvan əhalisinə şou lazım deyil, iş lazımdır, aş lazımdır..."


Geri qayıt