Əsas Səhifə > Manşet / Ölkə > "Qızıl oğlanlar"ın təhsil islahatı
"Qızıl oğlanlar"ın təhsil islahatıBu gün, 08:54 |
|
Bir neçə il əvvəl rayonların birində direktorun məktəbdə corab, kalqotka, bir sözlə "шмотка" satdırdığı barədə məlumatlar yayılmışdı. Sonradan deyəsən, bunu bibarıçılıq hesab edib direktoru vəzifəsindən uzaqlaşdırdılar. Məncə heç yaxşı iş görmədilər. Əslində ölkənin bütün məktəblərində belə "xırda biznes"lə məşğul olan direktorlar, müəllimələr var. Hansısa alverçi "müəllimə" direktora yol tapıb, heç olmasa "bakkuş" satır və ya satdırır. Amma illər keçdikcə vəziyyət düzəlməyə doğru gedir, daha doğrudu, "шмотка" bazarı qızılla əvəzlənir. Bu həqiqətən də uğurdur... Dərnəklər keçirilmir, şagirdlərin adları var, özləri yoxdur, yalandan yeni sinif açmaq üçün digər siniflərdən şagirdləri yönləndirirlər, siniflər arendaya verilir. Təranə müəllim qızıl alveri ilə Natəvan xanımın satıcılığını edir, Natəvan xanım isə şəxsi mülkünü daha da genişləndirir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qızıl şəbəkəsi yaradır və sairə ilaxır... Bəli, bu inkişafdır. Onların rəhbərlik etdiyi təhsil sistemində kalqotka satılmamalıdır. Axı onlar xaricin nüfuzlu universitetlərində təhsil alıblar, qızıl kimi oğlanlardılar. Bu heç biabırçılıq da deyil. Qızıl satmaq niyə biabırçılıq olsun ki? Bundan yaxşı təhsil siyasəti, bundan böyük elmi inkişaf ola bilərmi? Təbii ki, xeyr. Azərbaycan elmi, görünür, elə məktəblərdə satılan qızılların hesabına ayaqda qalacaq. Emin Əmrullayevə bu "fəaliyyətində" uğurlar arzulayıram. Eşqi Bağırova isə daha böyük "biznes layihələri" üçün böyük ürək... "Qızıl oğlanlar"a eşq olsun! Azərbaycan təhsilini kalqotka biznesindən çıxarıb qızıl biznesinə gətirə biliblər. Bu, doğrudan da... əsl "uğurdur". Geri qayıt |