Əsas Səhifə > Manşet / Gündəm > "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..."

"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..."


Bu gün, 07:22

"Hörmətli Eşqi Bağırov, redaksiyamıza daxil olan informasiyanı diqqətinizə çatdırırıq və qanuni səviyyədə bir addım atılmasını zəruri hesab edirik..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Sakit Muradov qeyd edib.

O daha sonra öz müraciətində belə davam edir: "Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli məktəbdə qızıl alveri baş alıb gedib. Məktəb sanki Moskva Univermağının bir şöbəsidir, dərs bölgüsü düzgün aparılmır, dərsdənkənar məşğələlərin adı var, özü yoxdur,ayrılan bütün pullar mənimsənilir, ayağı qandallı müəllimin cinayəti gizlədilir, məktəbdə dərsdən başqa hər şey var. Dərnəklər keçirilmir, şagirdlərin adları var, özləri yoxdur, yalandan yeni sinif açmaq üçün digər siniflərdən şagirdləri yönləndirirlər, siniflər arendaya verilir. Təranə müəllim qızıl alveri ilə Natəvan xanımın satıcılığını edir, Natəvan xanım isə şəxsi mülkünü daha da genişləndirir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qızıl şəbəkəsi yaradır. Məktəbdə gedən qanunsuzluqların araşdırılması və aidiyyatı üzrə lazımi tədbirlərin görülməsini istəyirik..."


Geri qayıt