Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "O pul mənim üçün çox böyük puldur..."

"O pul mənim üçün çox böyük puldur..."


Bu gün, 14:45

" "Kontakt Home"a müraciət edirəm... uzun illərdir ki, müştərinizəm. Heç zaman da gecikməm olmayıb...." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "Fiziki məhdudiyyətli əlil övladım var, bu dəfə də övladımın aldığı aylıq müavinata güvənib onun üçün telefon və lazımı vasitələr götürmüşəm kreditə. Hər ay da vaxtından əvvəl ödəmişəm.

Üç ay öncə araşdırma səbəbi ilə müavinat dayandırılıb, hələ də qərar verilməyib, borc tapıb yenə 2 ay krediti ödədim. Bu ayın 28-inə olan ödənişə borc tapmaqda çətinlik çəkəyəcəyimi düşüb ayın 24-ü "Kontakt Home"a zəng edib belə halda əlillərə cəmi 1 ay güzəşt olub olmadığını soruşdum, operator xanım da bildirdi ki, Şəhid ailələrinə və əlil insanlara pratikamızda belə güzəştlər olub, adınıza anket açdım: bu ay sizə və ya qohumlarınıza zəng edib narahat edən olmayacaq.

Pulunuz olan kimi zəng edin, bildirin, biz bu məsələni lazimı yerə bildirək. Gələn faizlər silinsin, sonra ödəniş edin. Ayın 28-i oldu başladı borcun üstünə faiz gəlməyə, üstündən 10 gün sonra isə ödənişin pulunu tam düzəldib dedikləri kimi "Kontakt Home"a zəng edib faizlərin silinməsini xahiş etdim və bildirdilər ki, belə bir güzəştimiz yoxdur.

Mən də bildirdim ki, bəs sizin operatora güvənib borc tapıb ödəmədim. İndi 10 gün gecikməyə görə 27 manat faiz gəlmisiz, o pul mənim üçün çox böyükdür bu dəqiqə, əsas borcu güclə düzəltmişəm. Dedilər üzürlü sayın, kömək edə bilməyəcəyik.

Madam belə güzəşt növünüz yox idi, niyə elə dediniz? Aldadıb faizləri gəldiniz üstünə. Mən çox çətinlikdəyəm axı bu dəqiqə..."


Geri qayıt