Əsas Səhifə > Manşet / Cəmiyyət > NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılarBu gün, 11:55 |
|
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən ayrılıblar. Manset.az-ın əldə etdiyi məlumata görə, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar. Bildirək ki, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-da bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər. Qeyd edək ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib. Geri qayıt |