Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Şahbuzun icra başçısı BİR OYUN EYLƏR...

Şahbuzun icra başçısı BİR OYUN EYLƏR...


Bu gün, 11:41

"Naxçıvanın Şahbuz rayonunda keçmiş "Məişət Evi" adlanan bina, hələ Sovetlər Birliyi dağılanda ayrı-ayrı vətəndaşlara dövlət xətti ilə satılıb. Son iki-üç ildə isə rayonun icra başçısı qanunazidd olaraq, həmin binanı yenidən başqa şəxslərə satıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Naxçıvandan olan jurnalist Fariz Quliyev açıqlayıb.
Jurnalist fikrini daha sonra belə davam etdirir: "Məsələn, birinin 1-ci mərtəbədə iaşə obyekti var, onun ön tərəfdən olan qapı-pəncərələrini aidiyyəti olmayan başqa şəxslərə satıblar, ikinci mərtəbəyə qalxan pilləkənləri başqa şəxslərə satıb. 
Bu halda sahibkar necə öz obyektinə qalxa bilər? Helikopterlə?
Sonra, 1-ci mərtəbədə yerləşən kafeyə necə getmək olar? Əgər qapı və pəncərə satılıbsa?
Bu paradoksal, lablrint məsələdən isə, Naxçıvanın yeni rəhbərliyinin də xəbəri var.
Amma nə fayda?
Vətəndaşların fəryadını eşidən yoxdur...
Qeyd edim ki, zərərçəkmişlərin əksəriyyəti ya müharibə veteranları, ya da da başqa sosial imtiyazlı şəxslərdir...."


Geri qayıt