Əsas Səhifə > Manşet / Gündəm > "Qanunun tələbləri niyə yerinə yetirilməyib?"

"Qanunun tələbləri niyə yerinə yetirilməyib?"


Bu gün, 05:40

"SOCAR Azəriqaz İB-nin Baş drektoru Azər Məmmədov Cənablarına açıq sual" başlığı ilə müraciət edən sözügedən qurumun işçisi Rüfət Hüseynov çox həssas və işçiləri düşündürən bir məqama toxunub. "DİA-AZ" olaraq həmin müraciəti təqdim edirik:
"Tərtər Rqii və Lənkəran Regionlarinda ezamiyyətə göndərilmiş, aylarla ezamiyyə ödənişlərini ala bilməyən əməkdaşları var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 "nomrəli ezamiyyə xərclərinin normaları haqqında" Qərarının tələbinə əsasən, ezamiyyətə göndərilən işçiyə ezamiyyət xərclərinin qarşılanması üçün avans ezamiyyətə göndərilməsinə əvvəl verilməlidir. Lakin bəzi əməkdaşlar ezamiyəti başa vursalar da, bu günə qədər qanunla nəzərdə tutulan ezamiyyə ödənişlərini ala bilməyiblər və bütün xərcləri öz şəxsi vəsaiti hesabına ödəyiblər.
Sualım budur; Aylarla gecikdirilən ezamiyyə ödənişləri nə vaxt ödəniləcək? Qanunun tələbləri niyə yerinə yetirilməyib? Sizcə, bu vəziyyət normal idarəetmənin nəticəsidir, yoxsa idarəetmədə ciddi problemlərin mövcudluğunu göstərir?
İnanaraq ümid edirəm ki, suallarım cavabsız qalmayacaq..."

Geri qayıt