Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "Bütün günü suyun gəlməsini gözləyirik..."

"Bütün günü suyun gəlməsini gözləyirik..."


Bu gün, 14:40

"7 iyulda rayondan şəhərdəki evimizə gəlmişik. Həmin gündən 1 dəfə də olsun, su gəlməyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Aydan Hüseynli Məmmədova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sorna başına gələnləri belə nəql edir: "Biz 1 aylıq su pulunu 1 günlük suyla təmin olunmaq üçün su maşınlarına ödəməkdən bezdik. 1 həftədir Şüvəlan DRES ərazisinə su gəlmir. Hər gün 2-3 manatlıq kontur vurub "Azərsu"ya zəng edirik.
Bəzən deyirlər, saat 05:00-da, bəzən də deyirlər axşam saatlarında su vurulacaq, bütün günü suyun gəlməsini gözləyirik. 05:00-dan oyanıb su gəlir ya yox baxırıq, amma qətiyyən 1 qram su gəlmir.
Su maşınlarını isə tapmaqda çətinlik çəkirik. Əksəriyyəti 2 ton üçün gələ bilməyəcəyini deyirlər. Gələndə də 1 çəni 16 manata doldururlar. Halbuki o 16 manatı biz aylıq istifadə də ödəyirdik..."

Geri qayıt