Əsas Səhifə > Manşet / Ölkə > "Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.."
"Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil,.."Bu gün, 10:58 |
|
" "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsinin mövcud rəhbərliyi və bəzi aşağı vəzifəli şəxsləri tərəfindən son dövrlərdə nümayiş etdirilən idarəetmə yanaşması, idarənin gələcək taleyi baxımından ciddi narahatlıq doğurur məncə. Yaradılan süni təsəvvürə görə, sanki Siyəzənneft NQÇİ yalnız "ZAĞLI" sahəsindən ibarətdir. Halbuki, bu idarə bir bütündür və onun tərkibində Zarat, Ata çay, Sədan kimi mühüm və strateji əhəmiyyətli istehsalat sahələri mövcuddur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində sözügedən qurumun işçisi Zamiq Əliyev qeyd edib. O daha sorna fikrini belə davam etdirir: "Bu cür qeyri-bərabər və birtərəfli yanaşma təsadüfi deyil, məqsədli bir xarakter daşıyır. Atılan addımlar və mövcud mənzərə əsas verir qeyd edək ki, gələcəkdə digər sahələrin mərhələli şəkildə ləğv edilməsi, Siyəzənneftin süni surətdə kiçildilərək yalnız "ZAĞLI" sahəsi çərçivəsinə sıxışdırılması üçün zəmin hazırlanır. Bu qərəzli yanaşmanın əsas təzahürü Resursların və Texnikanın Qeyri-bərabər Bölgüsüdür. İdarənin balansında olan texnika və avadanlıqların mütləq əksəriyyəti yalnız "ZAĞLI" sahəsinə təhkim olunur. Digər sahələr (Zarat, Ata çay, Sədan) isə texniki təchizat baxımından faktiki olaraq kənarda saxlanılır quyularda təmir gecikdirilir aşağı sahələrdəki neft hasilatına demək olar ki önəm verilmir. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə və dövlətin neft strategiyasına əsasən, dövlət əmlakının və istehsalat sahələrinin qorunması, səmərəli istifadəsi və işçilərin iş yerlərinin saxlanılması əsas prioritetdir. Bir idarənin daxilində sahələr arasında bu cür ayrı-seçkilik salınması, istehsalat potensialının qəsdən zəiflədilməsi həm iqtisadi sabotaj, həm də idarəetmə məsuliyyətsizliyidir mənə görə. Hələ həmin ZAĞLI sahəsində meşənin dərinliyində hansı qaranlıq işlərlə məqul olunduğu, bəzi kiçik vəzifəli şəxslərin hansı maxinasiyalara imza atdığı, kimin və ya kimlərin əllərinin kimlərin ciblərində olduğu və nəticədə də kimlərin də (əmək haqqı baxımından) ciblərindən olduğunu burda yazmıram..." Geri qayıt |