Əsas Səhifə > Manşet / Ölkə > Ağcabədi sakininə saxta attestat verilib
Ağcabədi sakininə saxta attestat verilibBu gün, 11:34 |
|
Ağcabədi rayon sakini Cəbrayılov Nurlan Rəhman oğlu iddia edir ki, 9 dekabr 2022-ci il tarixində Ağcabədi rayonunda eksternat imtahanı versə də, ona təqdim edilən attestat saxta hesab olunur və bu səbəbdən iki ildən artıqdır təhsilini davam etdirə bilmir. Redaksiyamıza müraciət edən vətəndaş deyir ki, həmin dövrdə Ağcabədi Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən adına verilən attestat elektron sistemdə görünmür və təhsil müəssisələri tərəfindən saxta sənəd kimi qiymətləndirilir. Nəticədə, Cəbrayılov Nurlan Rəhman oğlunun peşə təhsili müəssisələrinə sənəd təqdim etmək cəhdləri uğursuz olur və müraciətləri qəbul edilmir. bizimesr.com Geri qayıt |