Əsas Səhifə > Manşet / Cəmiyyət > Başçı ilə idarə müdiri yola getmir...
Başçı ilə idarə müdiri yola getmir...Bu gün, 10:41 |
|
Mediatvaz.com-un redaksiyasına təqdim olunan məlumatlarda iddia olunur ki, qalmaqalın başlanğıcında müəyyən tədbirlə bağlı biletlərin alınması məsələsi dayanır. Mənbələrin sözlərinə görə, icra başçısı müəyyən sayda bilet alınmasını istəyib, lakin sektor müdiri bununla razılaşmayıb. Məhz bundan sonra münasibətlərin kəskin şəkildə pisləşdiyi bildirilir.Daha diqqətçəkən iddia isə odur ki, İlkin Zeynalov baş verənlərlə bağlı yuxarı dövlət orqanlarına müraciət edib. Əgər belə bir müraciət həqiqətən mövcuddursa, deməli, məsələ adi xidməti fikir ayrılığı deyil,müəyyən "maraqların toqquşduğu" və araşdırılmalı olan ciddi idarəetmə mübahisəsidir.Ən mühüm sual isə budur:bəzi məktəblərdə yoxlamaların aparılmasının təşkil edilməsi və məktəb direktorları haqqında tədbir görülməsi yalnız qanuni əsaslarla həyata keçirilib, yoxsa bu qərarlar tərəflər arasında yaşandığı iddia edilən qarşıdurmanın nəticəsi olub?Dövlət məktəbləri heç kimin şəxsi nüfuz savaşının meydanına çevrilməməlidir. Təhsil sistemi inzibati təzyiq, şəxsi narazılıq və ya qeyri-rəsmi göstərişlər əsasında deyil, yalnız qanun və obyektiv meyarlar əsasında idarə olunmalıdır. Əks yanaşma müəllimlərin, direktorların və bütövlükdə təhsil ictimaiyyətinin müəyyən qurumlara inamına ciddi zərbə vura bilər.İndi isə aidiyyəti qurumlar bu suallara aydınlıq gətirməlidir: Məktəblərdə aparılan yoxlamaların hüquqi əsası nə olub,üç direktor hansı konkret qanun pozuntularına görə cəzalandırılıb,İlkin Zeynalov tərəfindən yuxarı dövlət orqanlarına hər hansı rəsmi müraciət edilibmi? Geri qayıt |