Əsas Səhifə > Manşet / Sosial > Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB...

Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB...


Bu gün, 07:51
"​Qobu qəsəbəsi artıq 1 aydır susuzluqdan qırılır. Sakinlər hər həftənin 2, 4 və 6-cı günləri səhərə qədər yatmır, bir qurtum su ümidi ilə kran başında gözləyirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış ekspert Sakit Muradov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "​Əhali çarəsizlikdən zülm çəkdiyi halda, Bağlar Sukanal İdarəsi" nin rəhbərliyi və işçiləri avtobuslarla turlara çıxır, restoranlarda eyş-işrət edir, şənlənir və xalqın gözünə baxa-baxa öz aləmlərində kef edirlər. ​Vətəndaşı ən ibtidai ehtiyacdan məhrum qoyub, bu isti yay günündə harıncasına əylənən bu laqeyd məmurların rəftarı mənəvi rəzalətdir!
Zaur Mikayılov gələndən Abşerona gedın suyu azaldıb kimlərinsə bağlarına suyu yönəldir. Öz şəxsi mənafeyini güdür. Su oyuncaq deyil, Zaur Mikayılovun korrupsiya əməlləri, qanunsuzluqları yezidin işidir. Yayın istisində xəstəsi, hamiləsi, körpəsi olan minlərlə insanın ahını alır.
Qobunun su problemi dərhal həll edilsin, əhalini bu zülmə məhkum edənlər cavab versin!"

Geri qayıt