Əsas Səhifə > Manşet / Gündəm > Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ!

Naxçıvanda BEYNƏLXALQ SƏVİYYƏLİ SAXTAKARLIQ!


Bu gün, 09:22

Naxçıvan Dövlət Universiteti beynəlxalq reytinq nəticəsini öz xeyrinə şişirdərək təqdim edib. Universitetin rəsmi səhifəsində edilən paylaşımda NDU-nun “dünyanın ən yaxşı universitetləri” sırasında yer aldığı bildirilib.
Halbuki söhbət Times Higher Education-un ümumi akademik “World University Rankings” siyahısından yox, Impact Rankings 2026 nəticələrindən gedir. Bu reytinq universitetlərin elmi-akademik göstəricilərini deyil, əsasən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətlərini qiymətləndirir.
THE-nin rəsmi məlumatına görə, Naxçıvan Dövlət Universiteti Impact Rankings 2026-da 801–1000 aralığında yer alıb. Reytinq ümumilikdə 116 ölkədən 1646 universiteti əhatə edir. Yəni NDU bu xüsusi siyahıda da yüksək nəticə göstərməyib və ən yaxşı 800-lüyə daxil olmayıb.
Başqa sözlə, NDU-nun nəticəsi onun dünyanın ən yaxşı universitetlərindən biri olması demək deyil. Bu, yalnız universitetin dayanıqlı inkişaf göstəriciləri üzrə xüsusi reytinqdə 801–1000 aralığında göstərilməsi deməkdir.
Universitetin paylaşımında isə bu fərq oxucuya açıq izah olunmur. “Dünyanın ən yaxşı universitetləri” ifadəsi NDU-nun ümumi akademik dünya reytinqində həmin pillədə olduğu təəssüratı yaradır.
"Gündəlik Naxçıvan"

Geri qayıt