Əsas Səhifə > Manşet / Hadisə > Baş nazir ola bilməyən Maliyyə naziri Nazirlər Kabinetinin MAAŞLARINI YUBADIR

Baş nazir ola bilməyən Maliyyə naziri Nazirlər Kabinetinin MAAŞLARINI YUBADIR


Bu gün, 11:45

Naxçıvan Nazirlər Kabinetinin əməkdaşlarının iki aydan çoxdur maaş ala bilmədiyi bildirilir. Məlumata görə, maaş problemi nazirlərdən tutmuş texniki işçilərə qədər müxtəlif kateqoriyadan olan əməkdaşları əhatə edir.
Bu haqda “Gündəlik Naxçıvan”a kabinetdəki mənbələr məlumat verib.
Maaşların verilməməsinə səbəb kimi büdcədə vəsait çatışmazlığı göstərilir. Əməkdaşlar isə problemin arxasında vəsait çatışmazlığından çox, şəxsi intriqaların dayandığını iddia edirlər:
“Bu problemin əsas səbəbkarı yerli Maliyyə Nazirliyidir. Maliyyə naziri də Cabbar Musayev kimi baş nazir postuna namizəd hesab olunurdu. Lakin son nəticədə seçim Cabbar Musayevin üzərində dayandı. İndi isə Maliyyə Nazirliyi müxtəlif yollarla Nazirlər Kabinetinə təzyiq göstərməyə çalışır. Maaşların gecikdirilməsində məqsəd də kabinet daxilində narazılıq yaratmaqdır.
İki yüksək vəzifəli məmur arasındakı intriqanın əziyyətini isə biz - sıravi və texniki işçilər çəkirik. Nazirlər və müavinlər üçün maaşın gecikməsi bəlkə də böyük problem deyil, çünki onların başqa gəlir imkanları var. Amma sürücülər, xadimələr və digər texniki işçilər maaşla dolanır. Hamımızın krediti, borcu, ailə xərcləri var. İki aydan çoxdur maaş ala bilmirik və nə edəcəyimizi bilmirik”.
Məsələ ilə bağlı adıçəkilən qurumlar sorğumuza cavab verməyiblər.

Geri qayıt