Əsas Səhifə > Manşet / Cəmiyyət > Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..!
Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..!Bu gün, 04:56 |
|
"Hörmətli səlahiyyətli nümayəndə Ceyhun müəllim, Naxçıvan şəxsi biznes meydanı və ya karyera tramplini deyil..." "DİA-AZ" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə ünvanlanmış müraciətində zamanında MR-da rəsmi qəzet hesab olunan "Şərq Qapısı" qəzetinin baş redaktoru olmuş Sara Əzimova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Axşam saatlarınadək işıqları sönməyən otaqlarınızda başqa-başqa şəxslərin adına yaradılmış şirkətlərin tenderlərdə iştirakı, dövlət vəsaitinin hansı yollarla mənimsənilməsi və bütün bunların necə ört-basdır ediləcəyi müzakirə olunurdu.
Həmin müzakirələrdə iştirak edən şəxslərin üç aydan bir telefon nömrələrini dəyişməsi də təsadüfi görünmür. Bu addımların iz itirmək məqsədi daşıdığı barədə ciddi faktlar var.
Bu gün isə nazirlərin və dövlət qurumlarının iştirakı ilə keçirilən iclaslarda şəffaflıqdan danışırsınız.
Əgər yazdıqlarım həqiqəti əks etdirmirsə, hüquq-mühafizə orqanlarına rəsmi müraciət edin və bütün iddiaların obyektiv araşdırılmasına şərait yaradın. Gün üzünə çıxmamış faktlar və sənədlər insanı dəhşətə gətirir.
Naxçıvan şəxsi biznes meydanı və ya karyera tramplini deyil. Bu torpaqda işsizlikdən əziyyət çəkən minlərlə gənc, ailəsini dolandırmaq üçün mübarizə aparan insanlar, işini itirmək qorxusu ilə yaşayan dövlət qulluqçuları və sadə əməkdaşlar var.
Bu torpağın həqiqətən onu sevən, insanların dərdi ilə yaşayan rəhbərə ehtiyacı var. Bəs kəndinin bir neçə ildən sonra tamamilə boşalacağını, kəndlərdə yığılıb qalan problemləri, məhv olmaqda olan kənd təsərrüfatını bilirsinizmi? Əvvəlcədən razılaşdırılmış vətəndaş qəbulları keçirməklə insanların həqiqi problemlərini öyrənmək mümkün deyil. İnsanların arasına çıxmadan, onların gündəlik həyatını görmədən bu bölgənin ağrılarını hiss etmək olmaz..."
Geri qayıt |