Əsas Səhifə > Manşet / Sosial > "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..."
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..."Bu gün, 07:20 |
|
"214 nömrəli avtobus xətti ilə bağlı ciddi narazılığımı bildirmək istəyirik..." "DİA-AZ" xəbər verir ki, bu sözlər sərnişinlər adından edilən müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Gedişhaqqının artırılmasına baxmayaraq, bu marşrutda vəziyyət getdikcə daha dözülməz hala gəlir. Avtobuslar daim həddindən artıq dolu olur, insanların avtobusa minməsi çox vaxt mümkün olmur.
Sərnişinlər 40-50 dəqiqə, bəzən daha çox avtobus gözləməyə məcbur qalırlar. İnsanlar işə, məktəbə, evə gecikir, dayanacaqlarda saatlarla əziyyət çəkirlər. Demək olar ki, hər gün bu problemlə bağlı narazılıqlar səslənir, amma heç kim məsuliyyət götürmür və heç bir tədbir görülmür.
Ən təəccüblüsü isə odur ki, məsələ ilə maraqlananda hər kəs “mən bilmirəm” deyib kənara çəkilir. Bəs bu problemin cavabdehi kimdir? İnsanların bu qədər şikayətinə baxmayaraq niyə heç kim nəzarət etmir? Niyə 214 nömrəli avtobus xətti ilə bağlı illərdir normal bir həll tapılmır?
![]() Bu avtobus sanki heç bir qaydaya tabe deyil. Nə interval gözlənilir, nə sərnişin sıxlığı nəzərə alınır, nə də insanların normal şəkildə ictimai nəqliyyatdan istifadə hüququ.
Artıq insanlar sadəcə bezib. Hamı şikayət edir, amma nəticə yoxdur. Maraqlıdır, bu problemi həll etməli olan qurum hara baxır və insanlar daha hara müraciət etməlidir ki, nəhayət bu məsələ ilə ciddi şəkildə məşğul olunsun?"
Geri qayıt |