Əsas Səhifə > Manşet / Hadisə > Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ...
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ...Bu gün, 11:03 |
|
Sel nəticəsində maşını yararsız hala düşən Şahbuz rayon sakini Orman Həsənzadə deyir ki, kompensasiya üçün müqavilə bağladığı sığorta şirkətinə müraciət etsə də, rədd cavabı alıb.
Həsənzadənin sözlərinə görə, sığorta şirkətindən ona bildirilib ki, hadisə təbii fəlakət olduğu üçün yardım edə bilməzlər.
Sakin yerli Fövqəladə Hallar Nazirliyindən də şikayətçidir. O deyir ki, selin çaya saldığı avtomobili çıxarmaq üçün nazirliyə müraciət etsə də, ona kömək edən olmayıb. Avtomobil yalnız yerli sakinlərin köməyi ilə çaydan çıxarılıb.
Orman Həsənzadə aidiyyəti qurumlardan məsələyə baxılmasını və ona kompensasiya ödənilməsini tələb edir.
Ötən həftə Naxçıvanda, xüsusilə Şahbuz rayonunda yağan intensiv yağışlar güclü selə səbəb olmuşdu. Sel nəticəsində qaz xətləri qırılmış, bəzi kəndlər qazsız qalmış, yollar, əkin sahələri, meyvə bağları və avtomobillərə ciddi ziyan dəymişdi.
"Gündəlik Naxçıvan"
VİDEO BURADA: https://www.facebook.com/reel/1041766434864601
Geri qayıt |