Əsas Səhifə > Manşet / Gündəm > İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər...
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər...Bu gün, 09:25 |
|
"DİA-AZ" olaraq SOCAR-ın əməkdaşı olmuş Turan Şahbazovun Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının sosial şəbəkə hesabına etdiyi müraciəti təqdim edirik: "Mənim əmək müqaviləmə 5 ay bundan əvvəl xitam veriblər. Rəsmi qaydada mənə bildirilmişdi ki, əməkhaqqımın 5 misli qədəri təzminat ilə işdən çıxarılmışam. Aradan bu qədər müddət keçməsinə baxmayaraq hələ də mənə düşməli olan pulu ala bilməmişəm. Mənə yalnız 1.4 misli ilə ödəniış ediblər. Bununla bağlı çox hörmətli birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Və bundan sonra rəsmi cavab veriblər ki, guya, "5 misli" məsələsi yanlışlıq olub. Bu nə dərəcədə doğrudur axı..." Məsələ diqqətimizdədir... Geri qayıt |