Əsas Səhifə > Manşet / Üçüncü sektor / Cəmiyyət > Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət

Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət


Bu gün, 16:34

Biləcəri qəsəbəsi, Vidadi küçəsində aparılan tikinti işləri ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi narahatlıq doğurur. İddialara görə, sözügedən obyekt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında inşa edilir. Əgər bu məlumatlar doğrudursa, burada təkcə qanun pozuntusundan deyil, həm də insanların həyat və sağlamlığı üçün real təhlükədən söhbət gedir.

Mediatvaz.com xəbər verir ki,ən ciddi məqamlardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, tikintidə çalışan fəhlələrlə heç bir əmək müqaviləsi bağlanmayıb. Bu isə həm əmək qanunvericiliyinin kobud şəkildə pozulması, həm də dövlətə ödənilməli olan sosial ödənişlərdən yayınma əlaməti kimi qiymətləndirilə bilər. İşçilərin xüsusi geyim və təhlükəsizlik vasitələri ilə təminatının isə demək olar ki, sıfır səviyyəsində olduğu qeyd edilir. Sabah burada bədbəxt hadisə baş verərsə, məsuliyyəti kim daşıyacaq? Araşdırmalar zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin məlumat bazasında da sözügedən tikinti ilə bağlı hər hansı məlumata rast gəlinməyib. Bu fakt tikintinin qanuniliyinə dair şübhələri daha da artırır. Bütün bunların fonunda ən vacib sual ortaya çıxır: aidiyyəti qurumlar hara baxır?Ümid edirik ki, aidiyyəti dövlət qurumları məsələni dərhal araşdıracaq,yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşüb-düşməməsi, tikinti üçün verilmiş icazələr, eləcə də əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması ilə bağlı məsələlərə aydınlıq gətiriləcək.



Geri qayıt