Əsas Səhifə > Manşet / Güney Press > İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb...

İş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb...


Bu gün, 15:46

Daşkəsən rayon sakini Namiq Cəfərov bildirir ki, 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib və döyüşlər zamanı bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.

"DİA-AZ" bildirir ki, onun sözlərinə görə, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, əlillik statusu bərpa olunmayıb. N.Cəfərov qeyd edir ki, iki azyaşlı övladı var və ailəsinin sosial vəziyyətinin ağır olması səbəbindən sosial yardım almaq üçün də müraciət edib. Lakin ona və həyat yoldaşına məxsus rəsmi iş yerinin olması barədə sənəd təqdim etməsinin tələb olunduğunu bildirir. Şikayətçi deyir ki, Daşkəsən rayonunda iş tapmaq məqsədilə müraciət etmədiyi müəssisə qalmayıb. Buna baxmayaraq, bütün müraciətlərinə “vakansiya yoxdur” cavabı verilib və işlə təmin olunmayıb. Namiq Cəfərovun sözlərinə görə, Vətən müharibəsi iştirakçısı kimi aldığı 80 manatlıq aylıq müavinətin 41 manatı banka olan borcuna görə tutulur. Onun sərəncamında qalan 39 manatla ailəsini dolandırmağın mümkün olmadığını deyən müharibə iştirakçısı ölkə başçısına və aidiyyatı dövlət qurumlarına müraciət edərək əlillik statusunun yenidən bərpa olunmasını və ya işlə təmin edilməsini xahiş edir.


Geri qayıt