Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib
Bu gün, 07:29
"TƏBİB-in yeni rəhbəri kütləvi ixtisara başlayıb. Təkcə, Gədəbəy rayonunda 150 tibb işçisi işdən azad edilib..." "DİA-AZ" xəbər verir ki, bu iddia ilə özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış jurnalist Fikrət Fəraməzoğlu çıxış edib.
Jurnalist daha sonra bildirir: "106 baş həkimin istefa ərizəsi alınıb. Maraqlı işdən çıxarılma bəhanələri də var. Məsələn, Bakıda labaratoriyalardan birində işçini ayaqqabısının rənginə görə, işdən çıxarıblar..."