Əsas Səhifə > Manşet / Hadisə > “Azercell”in vətəndaşın cibinə girməkliyi...

“Azercell”in vətəndaşın cibinə girməkliyi...


Bu gün, 05:22

" Şikayətim "Azercell"dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nadir Əhmədli adlı müştəri gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mənim nömrəm faktura nömrəsidir. Srağagün gecə danışıq dəqıqələri və internet qaydalara uyğun olaraq yeniləndi. Dünən səhər cəmi 15 saniyə mən tərəfdən danıșıq olmuşdur. Amma sonra gördüm ki, 26 dəqiqə silinib, halbuki başqa danışığım olmamıșdır və telefonda da 15 saniyə qeyd edilir. Yazmaqda məqsədim "Azercell"in bu fırıldağını sizə bildirməkdir. Operatora zəng etdim, o özü də bilmədi ki, bu niyə belə olub. Axırda dedi ki , mən qeydə alıram, sizə məlumat verərlər..."


Geri qayıt