Əsas Səhifə > Manşet / Siyasət > Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT!
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT!Bu gün, 09:42 |
|
Məqalədə deyilir: "Qağaməli Seyfullayevin hazırki gəlirləri ölçüyə gəlməzdir. Adam elə bir sistem qurub ki, müxtəlif istiqamətlərdən hər ay ən azı 100 min manata yaxın pul onun şəxsi büdcəsinə daxil olur. Sirr deyil ki, Qağaməli müəllimin yaxınlarının adına hal-hazırda 5-6 dənə MMC var ki, neft şirkətinin və SOCAR-a aid digər müəssisələrin elan etdiyi tenderlərdə tez-tez qalib çıxırlar. Məlum olduğu kimi, hazırda milyonlarla dəyəri olan dövlət sifarişi almaq o qədər də asan məsələ deyil. Amma Seyfullayevə məxsus MMC-lər hər il onlarla belə tenderlərin qalibi olurlar. Tender yolu ilə dövlət sifarişləri alan MMC-lərin hesabına köçürülən pulların təyinatı üzrə nə dərəcədə xərclənib, xərclənməməsini isə Alllah bilir, Qağaməli Seyfullayev və bir də sifariş verən qurumlar. Bəli təkcə yuxarıdakı faktlar Qağaməli Seyfullayevin "kiçik epizodlardan" necə böyük pullar çıxardığını sübutlayır... Və bir daha xatırladırıq ki, bu pullar cənab SOCAR-ın GİZLİ OLİQARXLARINDAN BİRİ olan cənab Seyfullayevin gəlir yerlərinin cüzi hissəsidir... Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin... Geri qayıt |