Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq!

Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq!


Bu gün, 13:53

"Bəs SOCAR -da aparılan struktur dəyişikliyi, "Optimallaşma” kütləvi ixtisarlar,"təşkilatı sağlamlaşdırma və s. Baş ofisə aid deyil ki?!" "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında məsələ qaldıran Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilginc bir məqama diqqət çəkərək bunları qeyd edir:
"SOCAR -n təzə ofisi açılanda şirkət prezidenti demişdi ki, bu binada 2000 nəfər çalışa bilər. Hələ 300 nəfər də ehtiyat yeriniz var... Davam edin işsizliyə töhfənizi...
- 01.01.2021-ci il tarixə Baş ofis üzrə işçilərin sayı 629 nəfər
- 01.01.2022-ci il tarixə Baş ofis üzrə işçilərin sayı 645 nəfər
- 01.02.2024- ci il tarixinə 925 nəfər.
- 01 01. 2025-ci il tarixinə 1800 nəfər
- 01.01.2026 - 1700 nəfər...
Bunlardan 100 nəfərə yaxını (bəlkə də çox) şirkət prezidentinin və vitse prezidentlərin müşavir, müavin, müavinin müavini və köməkçiləridir...
Belə bir şəraitdə isə... SOCAR Azəriqaz İB Salyan RQİİ-də də 70 nəfəri ixtisar edirlər. Müdir deyir ki könüllü şəkildə işdən cıxın, 10,4 mislini verəcəyik... yoxsa imtahan edəcəyik, kim zəif bal yığıbsa, işdən azad edəcəyik, heç nə də verməyəcəyik..."

Geri qayıt