Əsas Səhifə > Manşet / Siyasət > Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ...

Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ...


Bu gün, 08:03

"SOCAR ölkədə işsizliyin artmasına öz töhvəsini verməkdə davam edir..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib.
NHMT sədri daha sonra bildirir: "Aldığım məlumata görə, "Azəriqaz" İB Zaqatala RQİİ yenidən 27 nəfər işçini (Qax XS-dən 2 nəfər, Zaqatala XS-dən 5 nəfər, Balakən XS-dən 5 nəfər, Şəki XS-dən 15 nəfər) ixtisar edəcək. İşçilərin "niyə" sualına isə şəhadət barmaqları ilə yuxarını göstərirlər...
İndi haqlı olaraq bir sual da yaranır: Görəsən, bu işçilərin ixtisarından qənaət edilən vəsait hesabına bu dəfə kimin üçün vəzifə təşkil olunacaq..."


Geri qayıt