Əsas Səhifə > Manşet / Siyasət > BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq...
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq...Bu gün, 06:48 |
|
Tiflisdən Bakıya qatarlar üçün qayıdış biletlərinin olmadığı bildirilir. "DİA-AZ" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarlarına qayıdış biletləri tamamilə bitib.
Hazırda Gürcüstan paytaxtından Bakıya gələn sərnişin qatarlarına yaxın günlər üçün bilet tapmaq qeyri-mümkündür.
Jurnalist Rasim İsmayılov Bakı-Tiblisi qatarına bilet ala bilməməsindən şikayətçidir. O, ödəniş etsə də, bilet əldə edə bilmədiyini söyləyib:
“Bakı-Tbilisi qatarının da əmması çıxdı. Hər gecəyarısı 00:30-da növbəti 30-cu günün biletləri satışa çıxarılır və 15-20 dəqiqə ərzində onlayn şəkildə satılır. Amma bu bilet satışı qatarın keyfiyyəti ilə antaqonistdir. 00:34-də sistem açılır və 5-6 dəqiqə ərzində 2 nəfərin bileti üçün şəxsi məlumatları doldurub pulu köçürürsən. “Pul daxil olub”, “proses uğurlu oldu!” yazılır. Sonra pul geri qaytarılır. İndi bəziləri izah edəcəklər ki, o biletlər sizin cəhdinizdən bir saniyə əvvəl kimsə alıb. Elə olan halda proqram pulu niyə götürür? Ardıcıllıq yoxdurmu? Çoxlu suallar çıxır”.
Geri qayıt |