Əsas Səhifə > Manşet / Ölkə > "Ramiz Mehdiyevin göstərişi ilə CİNAYƏTİ ört-basdır edirlər"

"Ramiz Mehdiyevin göstərişi ilə CİNAYƏTİ ört-basdır edirlər"


Bu gün, 10:28

Şikayətçi düşən narazı vətəndaş Samir İbadov iddia edir ki, onların məhkəmə işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qərəzli şəkildə uzadılır. "DİA-AZ" xəbər verir ki, şikayətçinin sözlərinə görə, atası Qərib İbadov 1998-ci ildə Vahid Həşimovun sifarişi ilə killer Dadaş Hüseynov tərəfindən güllələnırək ağır bədən xəsarətləri alıb. 

O bildirir ki, cinayətin üstü 2020-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən açılsa da, Vahid Həşimovu himayə etdiyi iddia olunan keçmiş PA rəhbəri Ramiz Mehdiyev işin ört-basdır edilməsinə nail olub. Samir İbadov qeyd edir ki, ailə illər ərzində aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət edib. Atasına dəymiş maddi və mənəvi ziyanın ödənilməini, cinayətkarın cəzalanmasını tələb edib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin məvqeləri zəiflədikdən sonra Baş Prokurorluq tərəfindən iş 2023-cü ilin sentyabr ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Şikayətçi iddia edir ki, artıq üç ilə yaxındır məhkəmə prosesi obyektiv aparılmır və müxtəlif səbəblərlə uzadılır. O, aidiyyəti qurumlara müraciət edərək məsələnin araşdırılmasını, məhkəmə prosesinə obyektiv və qanunauyğun yanaşılmasını, həmçinin ailələrinə dəstək göstərilməsini xahiş edir.


Geri qayıt