Əsas Səhifə > Manşet / Siyasət > TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa...

TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa...


Bu gün, 08:05

"Səhiyyədə "islahatlar" və "optimallaşdırma"... Son günlər səhiyyə orqanları tez-tez bu sözlərdən danışırlar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Sosial şəbəkələrdən və digər mənbələrdən eşidirik ki, bəzi kənd xəstəxanalaında, hətta təcili tibbi yardımda ixtisarlar aparılacaq.Təcili Tibbi Yardımda çağırışların idarə olunması üzrə rəqəm sallaşdırma və briqadaların sayının artırılmasına nail olmaq əvəzinə, bəzi kadrların ixtisar edilməsi haqqında iddialar var.İndi əksəriyyət Təcili Tibbi Yardımın (TTY) gecikməsi, hətta gəlməməsindən danışır.
Rəhbərlik bu ciddi məsələlərə fikir vermək əvəzinə, özlərinə görə guya "optimallaşdırılma" aparmaq istəyirlər.
Ümumdünya səhiyyə təşkilatının məlumatına və normalara görə hər 10min nəfərə bir TTY briqadası, hər 15-49 yaş arası qadın əhaliyə isə bir ginekoloq düşür.
Çox deyirlər həkim çatışmır, yalandır, baxır hansı həkim və harada çatışmır.
Bütün həkimləri doldurublar Bakıya, sonra da Lerikdə həkim çatışmazlığı var deyəcəklər.
Dövlət Statistika komitəsinin məlumatına görə ölkəmizdə təxminən 1900-2000 ginekoloq var, bunun 1400-1500, yəni 70 faizi Bakıda, Sumqayıt və Abşeron yarımadasında 150, Gəncə Naxçıvan və digər iri şəhərlərdə 350, qalan 250-300-ü isə digər rayonlarda.
Bu O deməkdir ki, Bakıda hər 10 min qadın əhaliyə təxminən 10-15, bəzi rayonlarda isə hər 30-35 qadın əhaliyə bir ginekoloq düşür.
Rəsmi statistikaya görə ölkədə TTY həkimləri ilə ginekoloqların sayı təxminən eynidir
Halbuki TTY həkimləri bütün 10,25milyon əhaliyə, ginekoloqlar isə yalnız 3600-3800 qadın əhaliyə tibbi xidmət göstərir 
Bakıda təxminən 1400-1500 ginekoloq, 650-700 isə Təcili Tibbi Yardım həkimi fəaliyyət göstərir, qeyd edək ki bütün bədbəxt hadisələrə, qazdan zəhərlənmələrə,ilan sancmalara doğuş və müxtəlif mənşəli qanaxma və s. çağırışlara TTY həkimləri gedirlər 
Ümumdünya səhiyyə təşkilatının normalarına uyğun olaraq deyə bilərik ki, Bakıda Təcili Tibbi Yardım briqadalarının sayı normadan təxminən 2 dəfə az, ginekoloqların sayı isə normadan 2,2 dəfə çoxdur.
TƏBİB-in yeni rəhbərliyinə məsləhət görülür ki, optimallaşdırılma və islahatlar bu yöndə aparılsın: Artıq ginekoloqlar ixtisar edilərək, heç olmasa 3 milyonluq Bakıda ginekoloji briqadalar yaradılsın.
Tibbi kadrların ölkə üzrə düzgün bölüşdürülməməsi Regional Uyğunsuzluq Sindromu adlanır
Bu sindrom təkcə tibbi xidmət çatışmazlığı yaratmır, O həm də sosial ədalətsizlik, hüquqların pozulması, bölgədəki istehsalın və təsərrüfatın inkişafının qarşısını alır.
Səhiyyədə Regional Uyğunsuzluq Sindromu son vaxtlar daha kəskin xarakter alıb, onun kökündə nepotizm, proktosionizm, qeyri rasional və qeyri hüquqi idarəetmə, korrupsiya və rüşvə çarxı dayanır.Fikrimcə, səhiyyədə ixtisarlar labüddürsə, O təcili tibbi yardım sanitarından deyil, "toxunulmazlıq statusu" daşıyan ginekoloqlardan başlamaq lazımdır 
Onda bu olar TƏBİB-in yeni direktoru üçün islahatların effektivlik əmsalı... Başa düşmək olmur: normal fizioloji doğuşun maya dəyəri əvvəllər bir TOYUĞA idisə, indi niyə 3000-3500 manat olmalıdır?.."


Geri qayıt