Əsas Səhifə > Manşet / Siyasət > "İşimi itirərəmsə, evimi də itirəcəm..."
"İşimi itirərəmsə, evimi də itirəcəm..."Bu gün, 09:24 |
|
"Bildiyiniz kimi ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yanında yaradılmış İctimai Şura var. Hətta (işçi hüquqlarını qorumaq üçün hər ay işçinini əmək haqqısının 1% -ni götürən) həmkarlar təşkilatları da...." "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında məlumat paylaşaraq SOCAR prezidenti Rövşən Nəcəfdən izahat tələb edir.
NHMT sədri daha sonra fikrini belə davam etdirir: "İl yarımdan artıqdır ki, ölkənin hasilat sənayesində kütləvi ixtisarlar (optimallaşdırma, təşkilatı sağlamlaşdırma adı altında ,psixoloji zorakılıq yolu ilə məcburi ərizə yazdırma və s) davam edir. Çoxlu sayda insan işsiz qalıb. Ərizə və şikayətlərə də müvafiq qurumlar standart cavab verib insanlara məhkəməyə müraciət etməyi məsləhət görürlər. Niyə? Məqsəd nədir?.."
Bu sualın ardından "Cənab səlahiyyətlilər! Bir xanım, bir necə pensiya yaşına çatmayan, ixtisar bildirişi alan xanım adından sizdən komək və dəstək diləyir! Artıq hara müraciət edəcəklərini,hardan dəstək görə biləcəklərini bilmirlər. Bəlkə insafiniz olub SOCAR ixtisarlarını, o cümlədən bu xanımların düşdüyü vəziffəti araşdırasınız!.." deyə müraciətini davam etdirən Mirvari Qəhrəmanlı həmin xanım işçinin dediklərini olduğu kimi təqdim edir:
"20 ildir vicdan və məsuliyyətlə "#Azərikimya" IB-nin Etilen-Polietilen zavodunda işləyirəm. Hazirda işlədiyim müəssisədə aparılan ixtisarla baglı əmək huquqlarımızın, gender bərabərliyinin pozulduğunu düşünürəm. Mən və bir neçə qadin işçi psixoliji zorakılığa məruz qalmışıq. Belə ki, kişi işçilər 1 gün ərzində müəssisədə işlə təmin olunublar. Bizi isə tək ailə başçısı, tək ana olmağımızı, iş təcrübəmizi, dövlətdən hec bir muavinət almamağımızı, yaşımızıin çox olmamasını nəzərə almayaraq, bizə ixtisarla bağlı bildirişlər təqdim ediblər. İşlədiyim müddətdə rəhbərliyin bütun göstərişlərini və tapşırıqlarını vicdan və məsuliyyətlə yerinə yetirmiş, hec bir nöqsanım və töhmətim olmamışdır. Buna baxmayaraq, ixtisara düşəcəyimiz barədə bizə bildiriş təqdim olunub.
Hal-hazırda 53 yaşım var. Dövlət işi olduğu üçün bank mənə 65 yaşıma qədər kredit borcu verib və mən dövlət ipotekası ilə ev almışam. İşimi itirərəmsə, evimi də itirmək ehtimalı çox böyukdur. Arxam, köməyim, qazanc gətirənim yoxdur. Vəziyyətimiz çox acınacaqlıdır. Bu da bizim ailəmizin sosial rifahına ciddi mənfi təsir göstərəcək. Ağır psixoloji sarsıntı və ümidsizlik içində Sizdən xahiş edirəm... bizə köməklik göstərəsiniz. İşlədiyim müəssisədə ixtisasıma uyğun işlə təmin olunmama yardım edəsiniz. Belə ki, pensiya yaşı çatıb gedənlər var və bu proses davam edir. Düşünürəm ki, kifayet qədər boş ştatlar mövcuddur..."
Geri qayıt |