Əsas Səhifə > Manşet / Ölkə > Prezidentin fərmanlarını SABOTAJ EDƏN KİMLƏRDİR?
Prezidentin fərmanlarını SABOTAJ EDƏN KİMLƏRDİR?Bu gün, 10:25 |
|
Prezidentin 14.06.2023-cü il tarixli, 2181 saylı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının təmini, tikinti sektorunun likvidliyinin artırılması, vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının səmərəli şəkildə tanınmasının təşkil edilməsi məqsədilə qəbul edilib. Fövqəladə Hallar Nazirliyi (FHN) Fərmanın 1-ci bəndinə uyğun olaraq qeyri-yaşayış binasının sifarişçisinin (yiyəsinin) müraciətini və ona əlavə olunmuş sənədləri 1 (bir) iş günü müddətində binanın və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını, MAGİSTRAL BORU KƏMƏRLƏRİNİN, yüksəkgərginlikli elektrik şəbəkələrinin, SULARIN və digər MÜHAFİZƏ ZONALARINDA, neft və QAZ yataqlarının işlənməsi üçün istifadə olunan torpaq sahələrində , meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün elektron qaydada ƏMDX-ya göndərir. ƏMDX 15 (on beş) iş günü müddətində binanın və yerləşdiyi torpağın barəsində məlumatın əks oljnduğu PLANI hazırlayıb, FHN-ə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, eləcə də qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir. FHN 30 (otuz) iş günü müddətində binanın istismara hazır olub-olmaması barədə rəyitərtib edib, həmin rəyi, ƏMDX-nın təqdim etdiyi PLANla birlikdə elektron qaydada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir.Bundan sonra qeyri-yaşayış obyekti Tikintilərin Dövlət reyestrində uçota alınır. Göründüyü kimi, FHN-in üzərinə 30 iş günü müddətində istismara hazırlıq rəyini tərtib etmək öhdəliyi qoyulub. Di gəl, 1-ci dərəcəli Qarabağ qazisinin 2008-ci ildən istifadəsində “yatan” Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanındakıqeyri-yaşayış binasının planı, memarlıq-tikinti layihəsi, yanğından təhlükəsizlikrəyi BİR İL YARIMDIR FHN-ə təqdim edilsə də, Nazirlik hələ də öz RƏYİNİ uyğun dövlət qurumuna (Şəhərsalma və Arxitektura Komitəsinə) təqdim etməkdən imtina edir. Əsas, daha düzü, bəhanə budur ki, “Azəriqaz” və ADSEA mənfi rəy verib ki, 18 il qabaq normativə uyğun tikilən bina 18 ildən sonra MAGİSTRAL QAZ KƏMƏRİNİN, SU-KANALİZASİYA xəttinin MÜHAFİZƏ ZONASINDA tikilibmiş. (?) Axı bu necə ola bilər? Belə çıxır, bütöv yaşayış kompleksi QANUNSUZ salınıb ?! Məhəlləiçi sahədə heç bir MAGİSTRAL QAZ, SU MÜHAFİZƏ ZONASInın yoxluğu VƏ OLA DA BİLMƏZliyi göz qabağında olan faktdır. Olsaydı, 18 il qabaq tikintisinə icazə verilməzdi, “Azərsu” texniki şərt verib, su çəkməzdi, DYNX (Dövlət Yanğın Təhlükəsizliyi Xidməti) müsbət rəy verməzdi. ADSEA fakt qarşısında sussa da, “Azəriqaz”, Bakı RQİİ öznaşınalığından əl çəkmir. Baş prokurorluqdan , Milli Məclisdən, PA-dan və s gələn müraciətlərə Bakı RQİİ (Zamin Mehrəliyev) eyni cavabı təkrar edir ki, 57 MM-LİK QAZ XƏTTİ qeyri-yaşayış binasının olmayan pilləkən meydançasının içindən keçirildiyindən 13 ay qabaq mənfi rəy verilib. Birincisi, həmin xətti sifarişçi Qarabağ əlili yox, Bakı RQİİ çəkib. İkincisi, həmin qaz xəttinin QEYRİ-YAŞAYIŞ obyektinin çölündən, yanındakı Babək pr-ti, 71 saylı YAŞAYIŞ binasının isəİÇİNDƏN keçdiyini görməmək üçün yalnəz kor olmaq gərəkir.Dəfələrlə bunu sübut edən video(link) FHN-ə təqdim edilsə də, 1.5 ildir Prezident Fərmanı icra olunmur.Üçüncüsü və ən başlıcası, Prezidentin 2181 saylı Fərmanında 57 mm-lik qaz xəttinin qeyri -yaşayış binasının harasından keçməsindən yox, MAGİSTRAL BORU KƏMƏRİNİN altında olub-olmamasından söhbət gedir. Tutalım, qaz xidməti özbaşınalıq edir, rüşvət umub, ağzına gələni yazır, bəs FHN-ə, yanındakı TTNDA-Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinənə gəlib? Niyə faktı, ƏMDX-nın, öz qurumu DYNX-nın , KOBİA-nın rəylərini yox, saxta , Fərmanda yazılmayan “rəyi” bəhanə edir? İlyarımda adi bir rəyi belə tərtib etməməyin adı nədir? Belə anlaşılır ki, Prezident Fərmanı rüşvətlə icra olunur? Daha bunun başqa adı var? Bir aya verilməli rəy ilyarımdır təqdim edilmir!(?) Normativ aktlar rüşvətlə icra olunacaqsa, hansı sahibkarlıq, əmlak, vətəndaş hüququndan danışmaq olar? Məhkəmədən, prokuror nəzarətindən isə heç danışmağa dəyməz. Məğrur Bədəlsoy - Yenixeberorg.com Geri qayıt |