Əsas Səhifə > Manşet / Cəmiyyət > Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ...

Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ...


Bu gün, 17:14

Sabunçu rayonu Kürdəxanıda qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.

Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır.

İddialara görə, Sabunçu rayonu ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.

Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi icra hakimiyyətinin səlahiyyətli şəxslərinin nəzarəti altında baş verir. Belə ki, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev müavinləri bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Kürdəxanı icra nümayəndəsi prosesə birbaşa nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, Sabuncu rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur.

Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Kürdəxanıda tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.

Qeyd edək ki, ötən aylarda paytaxtda yağan intensiv yağışlar nəticəsində qanunsuz tikilən evlər, obyektlər bir sıra fəsadlar yartmışdı.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik:


Geri qayıt