Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə...

Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə...


Bu gün, 11:58

Son gün lər barəsində ən çox şikayət olunan qurumlardan biri də SOCAR “Neftqaztikinti” trestidir. Xatırladaq ki, işçiləri davamlı şəkildə sosial şəbəkələrdə “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevdən narazılıqlarını ifadə edərək, müxtəlif səpgili gileylərini ictimailəşdirməkdədirlər. Biz də "DİA-AZ" olaraq bu qəbildan artıq bir neçə materialı təqdim etmişik.

İndi isə aydın olur ki, Qağaməli Seyfullayevdən təkcə işçiləri yox, rəhbərlik də narazı imiş. Bu barədə "DİA-AZ"a danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda Rövnəq Abdullayevdən qalma tək-tük rəhbər şəxslərdən biri olan Qağaməli Seyfullayevlə bağlı yekun qərar veriləcək.

Mənbə iddia edir ki, onunla bağlı hüquqi addım da atıla bilər: "Çünki maliyyə yoxlamaları zamanı çox ciddi əyər-əskik də müəyyən olunub".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...


Geri qayıt