Əsas Səhifə > Manşet / Sosial > Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR?

Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR?


Bu gün, 15:04

"Dövlət Məşğulluq Xidməti insanları sui-istifadəyə məruz qoyur..." "DİA-AZ" xəbər verir ki, bu barədə NHMT-nin sosial şəbəkə hesabında giley olunur.

Narazı vətəndaş daha sonra bildirir:  "Peşə kurslarına qəbulda tapşırıq və qohumbazlıq halları... süründürməçilik hökm sürür.

Gizli imtahanlar keçirib öz adamlarını kursa qəbul edirlər. Bu da baş tutmadıqda ümumiyyətlə, reklam kimi adı getsə də, kurs təşkil olunmur....

Dəfələrlə bu haqsızlıq və qanun pozuntusu ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişik. Amma edilən müraciətlərə baxılmır.

Bir dəfə də olsun DMX-dən heç kim maraqlanmayıb... Elə bil havaya, suya deyirik sözümüzü... Rəsmi qaydada ay ərzində on dəfə müraciət edilsə də, cavab verilmir.

Şikayətlərə baxılmır, qaynar xətt operatorları vətəndaşlarla kobud danışır. Bəhanə edib dövlət qurumunu müdafiə edirlər! Dərdimizi kimə deyəcəyimizi də bilmirik. Biabırçı bir vəziyyətdir!"


Geri qayıt