Əsas Səhifə > Manşet / Hadisə > Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB?

Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB?


Bu gün, 12:31

"İki gündür "Amay" ticarət mərkəzində işıq yannır. Bu azmış kimi, sular da kəsilib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Könül Aypara yazıb.
Jurnalist daha sonra fikrini belə davam etdirir: "İddialara görə, mərkəzin Azərişıq-a 27 min AZN borcu var.
Bunu anladıq, su niyə özünü yuyulmamış çömçə kimi atıb ortaya?
O ticarət mərkəzində yüzlərlə şirkət fəaliyyət göstərir. Zəhmət çəksin rəhbərlik, iki sutkalıq təzminatı ödəsin sahibkarlara!
Bir saat kirayə gecikəndə camaatı ofislərdən çıxarırlar az qala...
Binada yalnız 2 saylı ASAN Xidmət və bir də "Al market" fəaliyyət göstərir. O da generatorların hesabına.
Su isə gəlmir... Bax belə, cırmaq-cırmaqla pul qazanır camaat..
Səbəbkarlar isə borcu ödəmir..."

Geri qayıt