Əsas Səhifə > Manşet / Araşdırma / Cəmiyyət > Kəmaləddin Heydərov öz şirkətini qalib etdi

Kəmaləddin Heydərov öz şirkətini qalib etdi


Bu gün, 16:57

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi növbəti tenderinin nəticələrini açıqlayıb.

Tribuna.az xəbər verir ki, tender EHM-larının, periferiya qurğularının və onların ehtiyat hissələrinin alınması, təmiri və quraşdırılması ilə bağlıdır.
Baş İdarə bununla bağlı “QAFQAZNET” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri 890 min 332 manat təşkil edir.
Qeyd edək ki, açıq mənbələrdə “Qafqaznet” MMC FHN rəhbəri Kəmaləddin Heydərova yaxın şirkət olduğu iddia olunur.


Geri qayıt