Əsas Səhifə > Manşet / Siyasət > 7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ...
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ...Bu gün, 09:53 |
|
Qiymətlər qalxır... yaşam bahalaşır... əvəzində SOCAR işçiləri 7 il əvvəlki güzəran imkanları ilə indiki şərtlərə ayaq uydurmağa çalışırlar. Nəticədə minlərlə ailə ehtiyac içində, az qala səfillik həddində yaşamaq zorundadır. Və maləsəf bu faktdır. Belə bir məqamda ara-sıra SOCAR işçilərinin maaşlarının qalxacağı haqda və yaxud artıq belə bir əmrin verilməsi barədə saxta xəbərlər də yayılır. Artıq bir neçə dəfə anoloji hadisəyə rast gəlmişik. Elə dünən də sosial şəbəkələrdə guya SOCAR prezidenti Rövşən Nəcəfin əməkhaqqıları 30 faiz artırması barədə əmr imzalaması barədə saxta bir sənəd dövriyyəyə buraxıldı. "Sənədi" ilk gördükdə belə saxtalığı məlum olur. Amma dərd orasıdır ki, illərdir ümidlə maaş artımı həsrətində olan bəzi neftçi bacı-qardaşlarımızın bu saxtakarlığa inandığını görürük. Onları qınamrıqı. Bunun belə olmasını istəyirlər. Heç olmasa, bu işdə yetkili olanlar bu yalan xəbəri doğru çıxarıb ümidsiz SOCAR işçilərinin üzünü güldürə... Geri qayıt |