Əsas Səhifə > Manşet / Gündəm > Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar...

Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar...


Bu gün, 09:28

"Keçən ay avtomobilimi siğorta etdim, 50 manat hər il ödədiyimdə, bu dəfə 225 manat rüsum gəldi... heç bir qəza etmədiyim halda..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Rüsüm gəldi, şoka düşdüm. Cərimə olunmamaq səbəbindən həmin məbləği ödədim və yazılı şəkildə "PAŞA Sığorta" şirkətinə şikayətimi göndərdim.

Nəzərə alın ki, hörmətli vətəndaşlar... bunlar heç bir zənglərə, yazılan şikayətlərə cavab vermirlər.

Məsləhət görürəm bu şirkətin heç bir xidmətindən istifadə etməyəsiniz..."


Geri qayıt