Əsas Səhifə > Manşet / Ölkə > Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get...
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get...Bu gün, 13:02 |
|
"Azəriqaz İB -də elə bir sistem qurulub ki, sanki bütün yük və məsuliyyət yalnız Sayğac Əməliyyatlarının Xidməti üzrə işləyən çilingərlərin üzərinə qoyulub..." "DİA-AZ" xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının sosial şəbəkə hesabında "Azəriqaz" işçisi Aydın Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Tarix boyu insanın insana etdiyi zülmün nümunələri çox olub, amma bu gün işçilərə göstərilən münasibət də heç də onlardan geri qalmır.
Bütün iş yükü çilingərlərin üzərinə yüklənir, sonra da əllərinə görünməz bir qamçı verilərək daim təzyiq altında işləməyə məcbur edilirlər. Narazılığını bildirən, haqqını tələb edən işçiyə isə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get.
Bu, artıq ədalətsizliyin pik nöqtəsidir. Bu qədər narazılıq, şikayət və etiraz olmasına baxmayaraq, rəhbərlik sanki ağzına su, qulaqlarına pambıq qoyub. Otaqlarda oturaraq sahədə işləyən insanların problemlərinə göz yumulur və heç bir ciddi tədbir görülmür.
Sahədə hər gün əziyyət çəkən işçilərin səsini eşitmək, onların problemlərinə həll yolu tapmaq əvəzinə, susdurmağa çalışmaq nə ədalətdir, nə də sağlam idarəçilik nümunəsi.
Allah bu zülümu goturmeyəcək, bizlərə zülüm edənlər, inşallah ən pis zülümə məruz qalacaq..."
Geri qayıt |