Əsas Səhifə > Manşet / Hadisə > `Post Cargo` POST OLUB GETDİ!

`Post Cargo` POST OLUB GETDİ!


Bu gün, 12:44

"Görürəm ki, qruplarda karqolardan xeyli şikayətlər paylaşılır və hər kəs öz acı hekayəsini, karqonun yaşatdığı bədbəxtliyi paylaşır.
Elə isə mən də sizə öz karqomun acı hekayəsini paylaşım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sosioloq Emin Aydın paylaşıb.
O daha sonra fikrini belə davam etdirir: "Deməli belə, Postcargo, bir neçə il işlədikdən sonra, instagram səhifəsini bağlayaraq aradan çıxıb. Təkcə bizim elə gəlib çıxmayan 2 bağlamamız var!
Hər müştəridən azı 1 bağlama əkişdirsə, 1000 müştəri 1000 bağlama edir!
Yaxşı, deyək ki, bağlamalardan biri ayın 30-da təhvil verilib və hələki sistemə salınmamasını, gecikmə adlandırmaq olar, bəs mayın 8-də (!) təhvil verilən və özü də çox etibarlı satıcı tərəfindən göndərilən bağlama, niyə 1 aydır ki ortada yoxdur, buna nə ad verək?
2 bağlama çox deyilmi, hörmətli POST CARGO?
P.S. Bu arada insafən sözügedən karqo, öz adının haqqını verib: bir müddət işləyib, yəni CARGOluq edib, sonra da aradan çıxıb, yəni POST olub, gedib! Əhsən belə sözübütövlüyə!"



Geri qayıt